• Bakı C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Trampın son bəyanatları Amerikada daxili gərginlik yarada bilər

SİYASƏT

10 Yanvar 2025 | 15:07

Trampın son bəyanatları Amerikada daxili gərginlik yarada bilər

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Qrelandiya və Panama kanalı ilə yanaşı, Kanada dövlətini tamamilə ilhaq etmək istədiyini dəfələrlə vurğulayıb. O, hətta Qrenlandiya və Panama kanalını hərbi güc tətbiqi vasitəsilə ABŞ-yə qatmağı istisna etmədiyini açıqlayıb.

Trampın ABŞ ərazilərini böyütməyə çalışmaqda məqsədi nədir?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Donald Trampın suveren ərazilərlə bağlı açıq şəkildə verdiyi açıqlamalar Amerika rəhbərliyinin işğalçı kimi görünməyinə səbəb olur.

Onun sözlərinə görə, bu, bütövlükdə dünya üçün yeni gərginlik yaratmaq deməkdir:

"Hətta Tramp prezident seçilməmişdən öncə də dəfələrlə Qrelandiya və Panama kanalında nəzarətin vacibliyini vurğulamışdı. Eyni zamanda Kanada dövləti ilə bağlı iddiaları vardı ki, bu ölkə ABŞ-nin növbəti ştatı olsun. Bu, bir çox ölkələrin müstəqilliyi və suverenliyi ilə bağlı Amerikanın növbəti dəfə imperializmi müdafiə etdiyini göstərir”.

Müsahibimizə görə, əslində Trampın ABŞ ərazilərini böyütməyə çalışması dünya üçün yenilik deyil. Demokratlardan fərqli olaraq, Respublikaçıların hakimiyyəti dövründə ABŞ xarici siyasətdə aktiv müdaxilədən geri çəkilərək daha çox əməkdaşlıq və müzakirələr tendensiyasına yönəlib. Son dönəmlər Trampın verdiyi açıqlamalar və mövqeyi ABŞ-nin yeni imperial maraqlarını açıq şəkildə büruzə verir.

Tural İsmayılov: Bu, Amerikanın növbəti dəfə imperializmi müdafiə etdiyini göstərir

Politoloq  hesab edir ki, Trampın son bəyanatları Amerikada daxili gərginliyə zəmin yarada bilər.

"Qarşıdakı dövrdə ABŞ-də daxili gərginliklər yaşana bilər. Çünki Trampın Kanadaya qarşı irəli sürdüyü iddialar Amerikadakı miqrantlar, o cümlədən Kanada və Panamadan gələnlər arasında ciddi çaşqınlıq və narahatlıq yaradıb", - deyə Tural İsmayılov qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR