Lənkəran rayon icra hakimiyyəti başçısının sabiq müavini Rəsilə Əliyeva (Arifqızı) bələdiyyə seçkilərində namizədliyini geri götürüb.
Bakıvaxtı.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, Rəsilə Arifqızı Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, artıq namizədliyini geri götürüb.
Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur.