• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Ermənistan sürətlə silahlanır: Proses növbəti müharibəyə aparır?

SİYASƏT

11 Dekabr 2024 | 16:08

Ermənistan sürətlə silahlanır: Proses növbəti müharibəyə aparır?

Yunanıstan Ermənistana "S-300" zenit-raket kompleksləri göndərəcək.

Bakıvaxtı.az xatırladır ki, sözügedən komplekslər bir qədər əvvəl Ermənistan ordusuna silah-sursat veriləcəyini bəyan edən Fransa ilə əməkdaşlıq çərçivəsində tədarük ediləcək. Yunanıstan Ermənistana Rusiya istehsalı olan “S-300” zenit-raket kompleksləri ilə yanaşı, quru qoşunları üçün nəzərdə tutulan "TOR-M1" və "OSA" zenit kompleksləri də göndərəcək. Bundan başqa, son vaxtlar Fransa, Hindistan və İran kimi ölkələrin Ermənistanı silahlandırması müşahidə olunur.

Maraqlıdır ki, mövcud gedişat fonunda yaxın gələcəkdə Ermənistanın hərbi insidentə getməsi mümkündürmü?

Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getməsinə baxmayaraq, İrəvan bir çox istiqamətlər üzrə sürətlə silahlanır:

"İlkin mərhələdə Ermənistan Fransadan "SEZAR" özüyeriyən artilleriya qurğuları, daha sonra Hindistandan "Akaş" Hava Hücumundan Müdafiə (HHM) sistemlərini aldı. Hazırda isə Yunanıstanla "S-300" zenit-raket komplekslərini alınması ilə bağlı müqavilə imzalanıb. Bundan başqa, Rusiya-Ermənistan hərbi əməkdaşlığı həyata keçirilir. Bu, Ermənistanın sürətlə silahlanmasına bariz nümunədir. Əslində ölkələr silahlanmanı istədikləri səviyyəyə çatdıra bilməyəndə müharibə üçün səbəb yarada bilirlər".

Elxan Şıxəliyev: Ermənistanın istəyindən asılı olmayaraq təxribat törədə bilərlər

E.Şıxəliyevə görə, qarşı dövrdə vəziyyətin necə olacağı Ermənistanın sülh sazişi ilə bağlı seçimindən asılı olacaq.

"Ermənistan müdafiə və təhlükəsizlik qurumlarına 2 milyard dollara yaxın vəsait xərcləyib. Digər tərəfdən, 2024-cü il üçün hərbi büdcə 46 faiz olub. Sülh sazişi olmayacağı təqdirdə Ermənistan ərazisində kifayət qədər fərqli dövlətlərin hərbiləşdirilmiş və qeyri-hərbi qurumları yerləşə bilər. Bu isə növbəti müharibənin səbəbi ola bilər. Çünki bəzi qüvvələr var ki, Ermənistanın istəyindən asılı olmayaraq təxribat törədə bilərlər", - deyə hərbi ekspert vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Dekabr 2024