• Bakı C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Prezidentlə razılaşdırılacaq - Samir Şərifovdan ilk AÇIQLAMA

SİYASƏT

10 Yanvar 2025 | 15:32

Prezidentlə razılaşdırılacaq - Samir Şərifovdan ilk AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

Bakıvaxtı.az-ın “Manset.az”a istinadən məlumatına görə, yeni təyinatı ilə bağlı açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələ ki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah növbəti həftə bəlli olacaq”, - S. Şərifov əlavə edib.

Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR