• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

İlham Əliyevin “general-leytenant” rütbəsi verdiyi hərbçilər kimlərdir? - FOTO

Gündəm

25 Iyun 2022 | 15:16

İlham Əliyevin “general-leytenant” rütbəsi verdiyi hərbçilər kimlərdir? - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

Onlar arasında “general-leytenant” hərbi rütbəsi alanlar da var. 

Bakıvaxtı.az xəbər verir ki, bu şəxslər general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevdir. 

Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. “Azərbaycan Bayrağı” ordenli Z.Ağayev general-mayor rütbəsini 2017-ci ilin iyununda almışdı.

Fotoda: Zakir Ağayev 

Rütbəsi artırılan digər hərbçi Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsini icra edir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib. 

Fotoda: Azər Əliyev


SON XƏBƏRLƏR

25 Aprel 2024