“Grandmart” supermarketlər şəbəkəsini idarə edən “Grand – Mart” MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi “Grand – Mart” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib edərək Səbail Rayon Məhkəməsinə göndərib.
İşə hakim Azər Tağıyevə baxacaq.
Xatırladaq ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İbRa
















