• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Uşağı üçün yoqurt aldı, bu da nəticəsi - FOTOLAR 

GÜNDƏM

22 Iyul 2022 | 16:54

Uşağı üçün yoqurt aldı, bu da nəticəsi - FOTOLAR

"Araz Supermarket" MMC-nin mağazasından alınan yoqurt istifadəyə yararsız çıxıb.  

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vətəndaş Lətafət Novruzova bildirib.

Vətəndaş "Araz Supermarket" MMC-nin Xırdalan şəhəri Abşeron şəhərciyində yerləşən mağazasından övladı üçün yoqurt aldığını bildirib: "Bu kifli yoqurtu uşaq bilmədən yemiş olsaydı, cavabı kim verəcəkdi? Özü də qidadan tez zəhərlənən uşaqdır, zəhərlənəndə 10 günlərlə reonimasiyada komatoz vəziyyətdə olur.

Yoqurtun son istifadə tarixinə hələ bir ay var. Bayaq alanda da baxmışam, təzə hesab edib almışam. Bu nə bəladır camaatın başına açır bu istehsalçılarla satışı təşkil edənlər?"

Məsələ ilə bağlı "Araz" supermarketlər şəbəkəsinin PR meneceri Arzu Əliyeva Bakıvaxtı.az-a bildirib ki, müştərinin şikayətinə əsasən keyfiyyətə nəzarət komandamız tərəfindən mağazamızda olan yoqurt məhsullarına baxış keçirilib. 

"Baxış zamanı məlum oldu ki, məhsulların saxlama şəraiti, temperaturu standartlara tam cavab verir. Eyni markaya məxsus digər yoqurt çeşidlərində belə bir hal müşahidə olunmadı. Saxlanma şəraitinə əməl olunan məhsulda bu problemin yaranmasını istehsalat xətası və ya qablaşdırmadakı gözlə görülməyən, məhsulun hava çəkməsinə səbəb olan dəliklə izah etmək olar. Yaranmış vəziyyətlə bağlı narazılığı tədarükçüyə çatdırıb lazımi tədbirlərin görülməsini tələb etdik. Müştərimizin qarşılaşdığı hal üçün təəssüf edirik", -deyə A.Əliyeva bildirib.

O xatırladıb ki, belə hal yaranarsa, müştərinin yararsız məhsulu alış-veriş qəbzi ilə birlikdə geri gətirib yenisini əldə etmək hüququ var. 

İbRa


Uşağı üçün yoqurt aldı, bu da nəticəsi - FOTOLARUşağı üçün yoqurt aldı, bu da nəticəsi - FOTOLARUşağı üçün yoqurt aldı, bu da nəticəsi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR