Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Bakıvaxtı.az-a bildirilib ki, bu yay fəsli nin ölkəmizə daxil olması ilə əlaqədardır.
Məlumata görə, gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Bildirilib ki, yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.
Nərgiz Məmmədli
Bakı 



