q
  • Bakı 10° C

    3.81 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

İndoneziya ilə hava əlaqələrinin gücləndirilməsi müzakirə edildi

SİYASƏT

21 Aprel 2026 | 15:52

İndoneziya ilə hava əlaqələrinin gücləndirilməsi müzakirə edildi

Azərbaycan və İndoneziya arasında hava nəqliyyatı əlaqələrinin gücləndirilməsi və turist axınının artırılması mövzuları müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev sosial şəbəkələrdəki hesabında məlumat verib.

Müzakirələr S.Rzayev ilə İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi arasında görüşdə aparılıb.

O qeyd edib ki, görüş çərçivəsində AZAL-ın uzunmüddətli inkişaf strategiyası, xüsusilə donanmasının genişləndirilməsi istiqamətində planları barədə ətraflı məlumat təqdim edilib:

"AZAL ilə İndoneziyanın milli aviadaşıyıcısı "Garuda Indonesia" arasında əməkdaşlıq imkanlarını, eləcə də İndoneziyadan ziyarət məqsədilə səfər edən zəvvarlar üçün Bakının əlverişli tranzit mərkəz kimi rolunu nəzərdən keçirdik. İnanıram ki, bu görüş ölkələrimiz arasında aviasiya sahəsində əməkdaşlığın inkişafına və yeni imkanların reallaşmasına mühüm töhfə verəcək".


SON XƏBƏRLƏR