İndoneziyanın Papua əyalətində sərnişin təyyarəsinin uçuş-enmə zolağından çıxması nəticəsində bəzi sərnişinlər xəsarət alıb.
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, Papua əyalətindən yola düşən "Trigana Airlines" şirkətinə məxsus "ATR-42" tipli sərnişin təyyarəsi idarəetmədən çıxıb.
İlkin məlumatlara görə, içərisində 40-dan çox adamın olduğu təyyarənin uçuş-enmə zolağından sürüşməsi nəticəsində bəzi sərnişinlər xəsarət alıb.
Hava yolları rəsmisi Lalu Yuniza açıqlamasında təyyarənin təxminən 20 metr sürüşdüyünü və təyyarəyə böyük zərər dəydiyini qeyd edib:
"Pilotdan təyyarənin necə və niyə sürüşdüyü ilə bağlı məlumat gözləyirik".
Gülşən Şərif