• Bakı 25° C

    10.95 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

İngiltərə millisinə vəd edilən mükafatın məbləği bilindi

İDMAN

16 Iyun 2024 | 16:25

İngiltərə millisinə vəd edilən mükafatın məbləği bilindi

İngiltərə millisi iyunun 14-də Almaniyada start götürən Avropa çempionatının qalibi olsa, futbolçuların hər biri yüksək məbləğdə mükafat alacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bubarədə "The Sun" məlumat yayıb.

Futbolçulara 9,6 milyon funt sterlinq (11,3 milyon avro), baş məşqçi Qaret Sautqeytə isə 4 milyon funt sterlinq (4,7 milyon avro) mükafat vəd edildiyi vurğulanıb.

İngiltərə seçməsi AÇ-2024-də Serbiya, Sloveniya və Danimarka ilə eyni qrupda mübarizə aparacaq. Britaniya təmsilçisi qrupdakı ilk oyununu bu gün Serbiya millisinə qarşı keçirəcək. 


SON XƏBƏRLƏR

25 Iyun 2024