Azərbaycan karateçiləri beynəlxalq yarışda qələbə qazanıb.
Bakıvaxtı.az Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız Qazaxıstanın Astana şəhərində keçirilən “Kazakhstan Open” beynəlxalq karate turnirində fəxri kürsüyə qalxıb.
Bildirilib ki, idmançımız Rəşid Süleymanov (16-17 yaş) 76 kq çəki dərəcəsində gümüş medal qazanıb. 61 kq çəki dərəcəsində mübarizə aparan Oksana Nakoneçna isə bürünc mükafatla kifayətlənib.














jpg-1723641326.webp)

