• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İran səfirinin bu fotoya görə İSTEFASI TƏLƏB OLUNUR

SİYASƏT

29 Mart 2024 | 11:46

İran səfirinin bu fotoya görə İSTEFASI TƏLƏB OLUNUR

İranın Azərbaycandakı səfiri Abbas Musəvinin bu yaxınlarda qadın jurnalistlə müsahibəsi İran rejiminin tərəfdarları və hökumətə yaxın medianın çoxsaylı reaksiyalarına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, SEPAH-a yaxın “Tasnim” xəbər agentliyi “İranın şərəfinə istefa” başlıqlı məqaləsində İran İslam Respublikasının Bakıdakı səfirliyində qadın jurnalistin hicabsız olmasına işarə edərək yazıb:

“Hüquqi nöqteyi-nəzərdən hər hansı bir ölkənin səfirliyinin daxilində, Nizamnamə, qanun və münasibətlər baxımından o ölkənin torpağı kimi qəbul edilir və ölkəmizin səfirliklərində məsul şəxslər islami İran adətlərinə hörmət etməlidirlər. Buna baxmayaraq, qadın reportyor bu söhbətdə hicabsız, daha da pisi, hicaba riayət etməyin qanuni tələb olmadığı ölkələrdə qadınların rəsmi adət geyimindən də aşağı görkəmlə çıxış edib və bu, təhqirin bir növü hesab olunur. Amma təəssüf ki, İran səfiri heç bir reaksiya vermədən bu təhqiri qəbul etdi”.

Xəbər agentliyi jurnalistin “geyimini” və onun yanında Azərbaycan bayrağının qoyulması ilə bağlı daxil edilən rəsmiləşdirmələri İran İslam Respublikasının “rəsmi mövqeyinə bir növ təhqir” adlandırıb.

Qəzet iddia edir ki, İran səfirinin müxbirin suallarına verdiyi cavablar “müvafiq və düzgün” deyil və “təqsirləndirilən şəxsin mövqeyindən və zəifliyin qəbulundan” yaranmışdır.


SON XƏBƏRLƏR

26 Aprel 2024