Norveçin Yəmən üzrə xüsusi nümayəndəsi Heydi Yohanseni başçılıq etdiyi nümayəndə heyəti Tehranda İranın xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Xaci ilə görüşüb.
Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, görüş çərçivəsində hər iki diplomat Yəmənlə bağlı son siyasi və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər böhranın gərginləşməsi, regional münaqişələrin genişlənməsi, Qəzza və Livanda davam edən günahsız insanların qətli ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.
Xaci çıxışında İranın ABŞ-nin bölgəyə dağıdıcı müdaxiləsinə və Yəməndə sülh prosesinin yekunlaşmasına qarşı olduğunu vurğulayıb. O, bu yanaşmanı regionda sabitliyi pozan və müdaxilə edən hərəkətlərin nümunəsi kimi qiymətləndirib:
" İran böhranın başlanğıcından etibarən siyasi təşəbbüs təqdim edərək siyasi həllin tərəfdarı olub. Yəməndə sabitlik və təhlükəsizlik yalnız dialoq və siyasi həll yolu ilə əldə oluna bilər".
Norveç diplomatı da öz növbəsində bildirib ki, Norveç Yəmən məsələsinin siyasi dialoq yolu ilə həll edilməsində İranla həmfikirdir. O, həmçinin Yəməndə sabitlik və sülhün bərqərar olması üçün beynəlxalq səyləri gücləndirməyə çağırıb.
Gülşən Şərif