İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İran arasında keçirilən danışıqların ilk mərhələsindən sonra ölkəsi üçün mühüm iqtisadi nəticələrin əldə olunduğunu açıqlayıb.
Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, nazir bu barədə ABŞ və İran arasında keçirilən danışıqların ilk raundunun başa çatmasından sonra "X" sosial şəbəkəsində paylaşım edib.
İranlı nazir bildirib ki, əldə olunan razılaşmalar ölkənin iqtisadi və inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.
"İranın xarici ölkələrdə dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsi artıq sərbəstləşdirilib, eyni zamanda İran neft sektoruna tətbiq olunan sanksiyaların aradan qaldırılması prosesi başlayıb. Ölkədə genişmiqyaslı bərpa və inkişaf proqramının icrasına start verilib", – deyə Əraqçi vurğulayıb.
Nazir, həmçinin qeyd edib ki, əldə olunan razılaşmaların ilk praktik sınağı Livanda yaradılacaq deeskalasiya mexanizmi olacaq.
Gülşən Şərif
Bakı 



