İranın hüquq-mühafizə orqanları İsraillə silahlı münaqişə başlayandan bəri ən azı 700 nəfəri İsrail kəşfiyyat xidmətlərində işləmək şübhəsi ilə saxlayıb.
Bakıvaxtı.az "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, həbslər əsasən İsfahan, Kirmanşah, Fars, Xuzistan və Luristan əyalətlərində qeydə alınıb.
Xatırladaq ki, iyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib. Ağ Ev rəhbəri tərəfləri onu pozmamağa çağırıb.
Gülşən Şərif