Ukrayna Ali Radasının deputatı Yaroslav Ruşin yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Insider.ua” məlumat yayıb.
Hadisə iyulun 24-də baş verib.
Məlumata görə, motosikletin sükanı arxasında olan Yaroslav Ruşin idarəetməni itirib və qəza nəticəsində həyatını itirib.
Qeyd edək ki, deputat seçilməzdən əvvəl mərhum Ukrayna şou-biznesinin tanınmış nümayəndələrindən biri olub. O, bir müddət “Okean Elzı” qrupunun və ukraynalı müğənni Ruslananın prodüseri kimi fəaliyyət göstərib.