• Bakı 21° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

İrandan sülhməramlılarının Qarabağdan çıxmasına REAKSİYA

DÜNYA

22 Aprel 2024 | 15:28

İrandan sülhməramlılarının Qarabağdan çıxmasına REAKSİYA

Cənubi Qafqazda təhlükəsizlik məsələsi İranın Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlarının mühüm prioritetlərindən biridir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Rusiya sülhməramlılarının Azərbaycandan çıxmasına münasibət bildirərkən deyib.

“İran həmişə vurğulayıb ki, xarici qoşunların Cənubi Qafqaza yeridilməsi təhlükəsizlik və sabitliyin bərqərar olmasına, region xalqlarının maraqlarının qorunmasına kömək etmir”, - Kənanai bildirib.
 

Onun sözlərinə görə, Cənubi Qafqazın təhlükəsizliyi İranın ən mühüm prioritetlərindən biridir. O əlavə edib ki, Cənubi Qafqazın təhlükəsizliyi bütün regionun təhlükəsizliyinə təsir edir.

Kənani bəyan edib ki, İranın strategiyası fikir ayrılıqlarının həlli və Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün mövcud mexanizmlərdən istifadə etməklə danışıqlar və çoxtərəfli dialoq aparmaqdır.

“Cənubi Qafqazda militarizmi gücləndirməyə yönəlmiş istənilən yanaşma regionda təhlükəsizlik vəziyyətini çətinləşdirəcək və sülh prosesinə zərər verəcək. İran bunu qəbul etməyəcək. Region ölkələri bölgədə vəziyyətin mürəkkəbləşməsinə səbəb olan mexanizmlər formalaşdırmaq istəmir”.


SON XƏBƏRLƏR

20 May 2024