• Bakı 17° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İsmayıllıda ağır qəza - Ölən və yaralananlar var

HADİSƏ

11 Iyul 2023 | 09:21

İsmayıllıda ağır qəza - Ölən və yaralananlar var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün saat 8:00 radələrində İsmayıllı-Ruşan yolunda qeydə alınıb. 31-BB-410 dövlət nömrə nişanlı "VAZ 2103" markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı rayonun Kürdmaşı kənd sakinləri, 1987-ci il təvəllüdlü Babayev Samir Yusif oğlu dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Ağayev Variz Cahid oğlu və 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu xəsarət alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır. /Unikal.az
 


İsmayıllıda ağır qəza - Ölən və yaralananlar varİsmayıllıda ağır qəza - Ölən və yaralananlar varİsmayıllıda ağır qəza - Ölən və yaralananlar var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR