• Bakı 16° C

    2.11 m/s

İsrail HƏMAS-ın hədəflərini vurur

DÜNYA

14 Oktyabr 2023 | 21:28

İsrail HƏMAS-ın hədəflərini vurur

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə irimiqyaslı zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl hərbi qurum İsrailin Qolan təpələrindəki Har Dov dağı ərazisinə Livandan 30-a yaxın minaatan mərmisi atıldığı barədə açıqlama verib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026