• Bakı 16° C

    2.61 m/s

İsrail-İran müharibəsi başlayır? - Tərəflər “intiqam” deyir

SİYASƏT

09 Aprel 2024 | 09:14 | Müəllif: Qalib İbrahimoğlu

İsrail-İran müharibəsi başlayır? - Tərəflər “intiqam” deyir

ABŞ və İsrail İrandan mümkün hücum xəbərləri ilə əlaqədar qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

“Nyu York Tayms” yazıb ki, İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib. Həmçinin ehtiyatda olan bəzi əsgərlər hava hücumundan müdafiə bölmələrinə çağırılıb, GPS siqnalları bloklanıb.

İki İran rəsmisi nəşrə bildirib ki, İrandakı silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir. İran Qəzzada atəşkəs əldə olunarsa, İsrailin Dəməşq konsulluğuna endirdiyi hava hücumuna cavab verməkdən imtina edəcəyi barədə ABŞ-ı məlumatlandırıb.

Qeyd olunur ki, bu məlumat Qahirədə İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi üzrə danışıqların getdiyi və Təl-Əvivin hava hücumuna mümkün cavab hazırlığını davam etdirməsi fonunda ortaya çıxıb. İranın ali rəhbərinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi deyib ki, İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə endirdiyi zərbədən sonra Təl-Əvivin dünyanın müxtəlif yerlərindəki səfirlikləri artıq təhlükəsiz deyil:

“Konsulluğa hərbi hücum və Suriyanın dəvəti ilə qanuni olaraq orada olan İran müşavirlərinin ölümü beynəlxalq hüququn pozulmasıdır və heç bir İsrail səfirliyi artıq təhlükəsiz deyil".

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, regionda münasibətlər həddindən artıq gərginləşib.

Ekspert vurğulayıb ki, İsrail açıq şəkildə İranın Suriya və İraqdakı hədəflərini bombalayır, iranlı generalları öldürür. Hətta İran tərəfini intiqama səsləyir:

"İsrail İranla lazım olarsa, qarşıdurmaya hazır olduğunu bildirir. İran da İsrailin diplomatik korpuslarına, mədəniyyət qurumlarına hücum hazırlayacağını bildirir. İntiqam alacağını iddia edir. Görünən odur ki, İsrailin son addımlarından sonra Tehran ciddi mesaj vermək niyyətindədir. Ancaq İranın genişmiqyaslı müharibəyə başlayacağına inanmıram. İranın resursları İsrailə hücum üçün yetərli deyil. İranın poksi təşkilatlarında da zəiflik müşahidə olunur. Həmin qruplaşmalar faktiki olaraq HƏMAS-İsrail müharibəsinə müdaxilə etmədilər. Digər yandan, ABŞ da hazır vəziyyətdədir. İsrailə hansısa hücum, təhdid olarsa, Amerika İsraili müdafiə etmək hərbi müdaxiləyə keçər. ABŞ bölgəyə təyyarə daşıyan gəmilərini, qırıcılarını göndərib. Bununla İsrailin yanında olduğunu göstərir".

Turab Rzayev:  ABŞ da hazır vəziyyətdədir, İsrailə hansısa hücum, təhdid olarsa...

Analitik bəyan edib ki, ABŞ açıq şəkildə İsrailə İrana hücum etməyə icazə vermirdi, hətta bəzi əməliyyatlarla bağlı İran tərəfini məlumatlandırırdı:

"İsrailin İranı bombardman etmək üçün istədiyi yanacaq doldurma üçün istifadə edilən təyyarələr hələ də İsrailə təhvil verilmir. Amma İran, Rusiya və Çin bloku ilə Qərb arasında hadisələr gərginləşdikcə, ABŞ İrana qarşı əməliyyatlara daha ciddi dəstək verə bilər. Belə olarsa, savaş böyüyər və nüvə təhlükəsi daşıyar. İsraildə nüvə silahları var. İranda da nüvə silahları olduğunu bilirik. Özünə aid olmasa belə böyük ehtimal Rusiyanın İrana verdiyi nüvə silahları var. Bu da bölgədə böyük xaosa, faciəyə səbəb olar".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR