• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ərdoğan: "Sülh sazişi ən qısa zamanda imzalanmalıdır"

SİYASƏT

08 May 2024 | 21:20 | Müəllif: Gülşən Şərif

Ərdoğan: "Sülh sazişi ən qısa zamanda imzalanmalıdır"

"Azərbaycanla  Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.

Onun sözlərinə görə, regionda sabitliyə nail olunmalıdır.

Ərdoğan Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026