• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Anar Ələkbərov Əminə Ərdoğanla görüşdü

SİYASƏT

07 Iyun 2024 | 20:53 | Müəllif: Subhan Mahmudov

Anar Ələkbərov Əminə Ərdoğanla görüşdü

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əminə Ərdoğan "X" platformasında bildirib.

Anar Ələkbərov Əminə Ərdoğanı Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə məlumatlandırıb.

Ə.Ərdoğan Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edib və Türkiyə olaraq qardaş Azərbaycanı dəstəkləmək üçün əllərindən gələni edəcəklərini bildirib.

“Bütün dünya liderlərini iqlim mövzusunda bir araya gətirən bu əhəmiyyətli Zirvəyə Azərbaycanın ev sahibliyi etməsindən duyduğumuz sevinci bir daha vurğuladım. Türkiyə olaraq qardaş ölkəmiz Azərbaycanın daima yanındayıq", - Ə.Ərdoğan paylaşımında qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026