• Bakı 15° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib

SİYASƏT

08 May 2024 | 23:02

Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BMT-nin Baş katibinin köməkçisi, dünya təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto ilə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Neto “BMT-nin İnkişaf Proqramının COP29-un uğurla keçirilməsinin təmin edilməsində Azərbaycana yardım etmək öhdəliyini bir daha təsdiqləyib”.

Xatırladaq ki, BMT Baş katibinin köməkçisi eyni zamanda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də görüşüb.

Bundan başqa, mayın 7-də Markos Neto Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilmiş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxış edib.


SON XƏBƏRLƏR

19 May 2024