• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan: “Azərbaycana dəstək hər sahədə davam edəcək”

SİYASƏT

08 May 2024 | 21:07 | Müəllif: Gülşən Şərif

Ərdoğan: “Azərbaycana dəstək hər sahədə davam edəcək”

“Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.

Onun sözlərinə görə, regionda tezliklə sabitliyə nail olunmalıdır.

Ərdoğan Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.

Dövlət başçısı bütün sahələrdə Azərbaycana dəstəyin davam edəcəyini vurğulayıb.(Oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026