“Yaxın Şərqdə İsrail kimi ölkələr daha çox olsaydı, dünya daha təhlükəsiz olardı”
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio bildirib.
Belə ki, o, İsrailə səfəri zamanı baş nazir Benyamin Netanyahu ilə birgə mətbuat konfransında çıxış edib.
Rubio Tramp administrasiyasının İsraili dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Dövlət katibi qeyd edib ki, Yaxın Şərqdə İsrail kimi ölkələrin mövcud olması təhlükəsizlik qarantı hesab edilməlidir.
Əli Hüseynov