• Bakı 10° C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

4,8 milyonluq qızıl unitaz oğurlandı

DÜNYA

19 Mart 2025 | 10:54

4,8 milyonluq qızıl unitaz oğurlandı

İngiltərədəki Blenheim Sarayında keçirilən incəsənət sərgisindən 4,8 milyon funt sterlinq dəyərində qızıl unitaz oğurlanıb.

Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadl axəbər verir.

Məlumata görə, oğurluq hadisəsi sərginin açılışından bir neçə saat sonra baş verib və məhkəmə zamanı bunun öncədən planlaşdırılmış bir cinayət olduğu üzə çıxıb. Soyğunçular sarayın qapısını sındıraraq içəri daxil olub və unitazı yerindən çıxararaq qaçıblar. 

Hadisə bir neçə dəqiqə ərzində baş tutub və təhlükəsizlik kameraları beş nəfərin iştirak etdiyini göstərsə də, polis yalnız Şin və Consu həbs edə bilib. Məhkəmə sənədlərinə görə, oğurlanmış sənət əsəri qısa müddətdə hissələrə bölünərək satılıb və indiyədək onun heç bir hissəsi tapılmayıb.

Polis hələ də itkin düşən varlıqların tapılması üçün maliyyə araşdırmalarını davam etdirir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR