İran hakimiyyəti hicabla bağlı yeni qanunda əxlaq polisinin fəaliyyətini ləğv edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf məlumat verib.
O, təşəbbüsün nə vaxt qəbul ediləcəyini açıqlamayıb.
Spiker xatırladıb ki, hicab taxmaq artıq ölkənin başqa qanununda təsbit edilib.
“İndi həm müsbət, həm də mənfi cəhətləri aradan qaldıracaq qanun qəbul edilməli idi. Yeni qanun əxlaq polisini tamamilə aradan qaldırır, lakin hökumətin həll edilməli olan digər sahələrdə bəzi problemləri var”, - deyə Qalibaf yazıb.
İranın cinayət məcəlləsində artıq hicab taxmaq qaydalarını pozanlara görə cəza nəzərdə tutulub. Ehtimal olunur ki, yeni qanun cəzaların dairəsini əhəmiyyətli dərəcədə genişləndirir - xüsusən də 12 yaşdan yuxarı yeniyetmələr üçün məhdudiyyətlər tətbiq olunur.
Qeyd edək ki, 2024-cü ilin dekabrında İranın Ali Milli Təhlükəsizlik Şurası Məclisi (parlament) qanun layihəsinə baxılması prosesini dayandırmağa çağırıb.