• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İsrail ordusu “İslami Cihad” qruplaşmasının liderlərindən birini öldürüb

DÜNYA

30 Noyabr 2023 | 01:10

İsrail ordusu “İslami Cihad” qruplaşmasının liderlərindən birini öldürüb

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində yerləşən qaçqın düşərgəsində keçirilən antiterror əməliyyatı zamanı batalyon komandiri Məhəmməd Zubeydi də daxil olmaqla iki təhlükəli radikalı məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

“SAXAL, Ümumi Təhlükəsizli Xidməti (ŞABAK) və İsrail Sərhəd Polisinin birgə keçirdiyi antiterror əməliyyatı zamanı qaçqın düşərgəsində iki yüksək rütbəli terrorçu, o cümlədən düşərgənin batalyon komandiri Məhəmməd Zubeydi məhv edilib. Zubeydi “İslami Cihad” qruplaşması və düşərgədəki əsas terrorçulardan biri olub”, - deyə məlumatda bildirilir.


SON XƏBƏRLƏR

26 Iyul 2024