• Bakı 23° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Paşinyan İraqı bu cür təhqir etdi - Kazaryan

DÜNYA

29 Dekabr 2023 | 22:10 | Müəllif: Subhan Mahmudov

Paşinyan İraqı bu cür təhqir etdi - Kazaryan

Samvel Balasanyanın oğlu, iş adamı Misak Balasanyan 4 sentyabr 2023-cü ildə Ermənistanın İraqdakı səfiri vəzifəsinə təyin edilib. Bu gün – 29 dekabr 2023-cü ildə isə o, həmin vəzifədən geri çağırılıb. Balasanyan 2 noyabrda etimadnaməsini İraq Prezidenti Əbdüllətif Rəşidə təqdim edib. Yəni faktiki olaraq bu vəzifədə 57 gün çalışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Edqar Kazaryan qeyd edib.

O bildirib ki, bu, diplomatiya tarixində nadir hadisədir:

“Səfirin fəaliyyətə başladıqdan 57 gün sonra geri çağırılması ümumilikdə diplomatiyaya, xüsusən də İraqa hörmətsizlikdən başqa bir şey deyil”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026