• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yaponiya Cənubi Koreyaya nota verib

DÜNYA

29 Dekabr 2023 | 21:55 | Müəllif: Subhan Mahmudov

Yaponiya Cənubi Koreyaya nota verib

Yaponiya mübahisəli Takesima adaları yaxınlığında hərbi təlimlər keçirdiyinə görə Cənubi Koreyaya etiraz notası göndərib.

Bu barədə Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Cənubi Koreyanın Yaponiyadakı səfirliyinin nümayəndəsinə bu cür hərəkətlərin tamamilə yolverilməz və son dərəcə təəssüf doğurduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl "Yonhap" informasiya agentliyi mənbələrinə istinadən bu bölgədə hərbi manevrlərin keçirildiyini məlumat verib.

Takesima (Tokto) ümumi sahəsi 0,188 kvadratkilometr olan kiçik adalar qrupudur. Adalar Koreya yarımadasının şərqində yerləşir. Bu yaşayış olmayan qayalıq ərazilər 1945-ci ildən beynəlxalq mübahisə obyektinə çevrilib. Hazırda adalara Cənubi Koreya Silahlı Qüvvələri nəzarət edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026