• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

İsraildə fələstinli jurnalist öldürülüb

DÜNYA

16 Sentyabr 2024 | 14:27

İsraildə fələstinli jurnalist öldürülüb

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir fələstinli jurnalist həyatını itirib.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə Fələstinin Qəzzadakı Media Ofisindən açıqlama verilib.

Açıqlamaya görə, İsrail ordusunun Qəzzada həyata keçirdiyi hücumlar nəticəsində jurnalist Abdullah Şekşək həyatını itirib.

Media Ofisinin açıqlamasında 2023-cü il oktyabrın 7-dən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayının 173-ə çatdığı bildirilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında jurnalistləri hədəf alması pislənilib və jurnalistlərin öldürülməsindən İsrailin məsuliyyət daşıdığı vurğulanıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2024