• Bakı 22° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

İsrailli nazirin Fransaya girişi qadağan edildi

DÜNYA

09 Iyun 2026 | 18:33

İsrailli nazirin Fransaya girişi qadağan edildi

Fransa İsrailin maliyyə naziri Bezalel Smotriçin ölkəyə girişini qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barron açıqlama verib.

Onun sözlərinə görə, qərar beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş Qərb Şəriyəsində artan zorakılıqlar və məskunlaşma fəaliyyəti ilə əlaqədar tətbiq edilən sanksiyalar çərçivəsində qəbul olunub.

“Bu gün Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveçlə birlikdə işğal olunmuş Qərb Şəriyəsində məskunlaşma fəaliyyətinin və zorakılığın artmasına görə məsul olanlara qarşı yeni sanksiyalar tətbiq edirik. Fransa İsrailin maliyyə naziri Bezalel Smotriçi, məskunlaşma təşkilatlarının dörd liderini, eləcə də zorakılıqda iştirak edən 21 nəfəri ölkəyə giriş qadağası ilə əhatə edib”, – deyə nazir bildirib.

B. Smotriçin Qərb Şəriyəsinin ilhaqı ilə bağlı açıqlamalarına da toxunan Fransa XİN başçısı onun yeni yaşayış məntəqələrinin yaradılmasını, Qəzza zolağının “yenidən müstəmləkələşdirilməsini” və Fələstin Milli Muxtariyyətinin iqtisadi zəiflədilməsini dəstəklədiyini qeyd edib.

Barron vurğulayıb ki, bu siyasət beynəlxalq ictimaiyyətin əksəriyyətinin mövqeyi ilə ziddiyyət təşkil edir və “iki dövlət” prinsipini dəstəkləyən ölkələrin ümumi xəttinə uyğundur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR