• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

İstehlakçıların bu hüququ genişləndirilir

İQTİSADİYYAT

22 Aprel 2025 | 12:56

İstehlakçıların bu hüququ genişləndirilir

İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ genişləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliklə, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikat-laşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə biləcək.

Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.

Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.

Mövcud qanunvericiliyə əsasən, istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR