• Bakı 17° C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı açıqlandı

İQTİSADİYYAT

21 May 2025 | 16:10

Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı açıqlandı

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 54 420 borcalana 3 milyard 506,972 milyon manat kredit verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 549,443 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 7 036 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.


SON XƏBƏRLƏR