• Bakı 17° C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Azərbaycan qarğıdalı idxalını azaldıb

İQTİSADİYYAT

21 May 2025 | 14:44

Azərbaycan qarğıdalı idxalını azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 36 min 644 ton qarğıdalı idxal edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 13 milyon 567 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 12 min 760 ton (25,8 %), dəyər baxımından isə 2 milyon 123 min ABŞ dolları (13,5 %) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.


SON XƏBƏRLƏR