• Bakı 20° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Avtobuslarda gediş haqqı belə hesablanır

İQTİSADİYYAT

22 May 2025 | 10:31

Avtobuslarda gediş haqqı belə hesablanır

Sərnişinlər bir çox hallarda ətraf ərazilərə hərəkət edən avtobusların qiymətlərindən şikayətlənir. Şəhərətrafı istiqamətdə hərəkət edən avtobuslarda qiymət fərqinin olmasına səbəb nədir?

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, şəhərətrafı və qəsəbələrarası avtobuslarda isə tariflər məsafəyə görə dəyişir:

“Ölkədə müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı 30 iyun 2024-cü il tarixində qəbul edlən qərara əsasən, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında məsafəyə görə dövrün uzunluğunun yarısı 15 kilometrdən azdırsa, gediş haqqı 50 qəpik, 15 km-dən 30 km-dək gediş haqqı 60, 30 km-dən 40 km-ə qədərdisə 70 qəpik təşkil edir", - deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR