• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İsveç millisinin Bakıdakı açıq məşqinin vaxtı müəyyənləşdi

İDMAN

14 Noyabr 2023 | 09:39

İsveç millisinin Bakıdakı açıq məşqinin vaxtı müəyyənləşdi

Bakıda AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - İsveç oyunundan əvvəl mətbuat konftanslarının vaxtı bəlli olub.

Bakıvaxtı.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 14:45-də matçın reallaşacağı Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların açıq məşqi, saat 16:00-da baş məşqçi Yanne Anderssonun mətbuat konfransı olacaq.

Saat 18:00-da isə “Dalğa Arena”da Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi jurnalistlər önünə çıxacaq. Yarım saat sonra yığmanın açıq məşqi gerçəkləşəcək.

Qeyd edək ki, noyabrın 16-da gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026