• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Futbolçularıma inanıram” - Qurban Qurbanov

İDMAN

13 Dekabr 2023 | 21:22 | Müəllif: Subhan Mahmudov

“Futbolçularıma inanıram” - Qurban Qurbanov

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Qarabağ” – “Hakken” oyunu öncəsi Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:

"Bu il Avropa Liqasında son oyunumuza çıxırıq. Bizim üçün çox vacib matçdır. Futbolçuların demək olar ki, oyuna tam hazırdırlar. Çox yaxşı hazırlıq keçiblər. Sadəcə rəqibin də qarşılaşmaya çox ciddi yanaşdığını görürük. Qrupu xalsız tərk etmək istəmirlər. Biz nəzərə almalıyıq ki, qarşımızda çox istəkli rəqib olacaq. İnanıram ki, həm psixoloji, həm taktiki cəhətdən futbolçularım oyuna tam hazır olacaqlar. Ən düzgün və ən ağıllı oyunlarını göstərməyə cəhd edəcəklər. Futbolçularıma inanıram. Matça qədər futbolçularımıza daha ətraflı məlumat verəcəyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026