Ara transfer dövrünə sürətlə girən “Fənərbaxça” Çağlar Söyüncünün transferini tamamlamaq istəyir.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub İdarə Heyətinin üzvü Səlahəddin Baki prezident Əli Koçun göstərişi ilə Çağların transferini müzakirə etmək üçün bu gün İspaniyanın paytaxtı Madridə uçub.
Səlahəddin Baki “Atletiko Madrid”in icazəsi ilə Çağlar Söyüncü və nümayəndəsi ilə görüşəcək.
Bonuççi transferinə əlavə olaraq Çağları da heyətinə qataraq müdafiəçi sahəsini daha da gücləndirmək istəyən sarı-göylülər bu transfer üçün şərtləri irəli sürəcək. AVRO-2024-də oynamaq istəyən Çağlar da hələlik 6 aya "Atletiko Madrid"dən ayrılmaq istəyir.
“Atletiko Madrid”in transferdə problem yaratması gözlənilməsə də, Çağlar razı olarsa, o, “Fənərbaxça” formasını geyinəcək.
Murad Məmmədli



jpg-1707594297.webp)
jpg-1707592833.webp)











