• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Şahruddinin komandası yenə uduzdu

İDMAN

10 Fevral 2024 | 11:55 | Müəllif: Subhan Mahmudov

Şahruddinin komandası yenə uduzdu

Türkiyə Super Liqasında 25-ci tura start verilib. 

Bakıvaxtı.az xəbər verir ki, turun ilk oyununda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Dəmirspor" evdə "Kasımpaşa"nı qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Şahruddin də bu oyunda iştirak edib. Qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

Hazırda turnir cədvəlində "Kasımpaşa" 38 xalla 4-cü, "Adana Demirspor" isə 31 xalla 9-cudur. 

Türkiyə Superliqası, 25-ci tur

9 fevral

"Adana Demirspor" - "Kasımpaşa" - 1:3

Qollar: Balotelli, 87 - Fall, 29, A.Kara, 32, Hayradinoviç, 57-pen. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026