• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Qarabağ"dan möhtəşəm qələbə...

İDMAN

10 Mart 2024 | 20:16 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"dan möhtəşəm qələbə...

Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, son oyunda çempion "Qarabağ" meydançaya çıxıb.

Ağdam təmsilçisi qış fasiləsindən sonra uğursuz nəticələrlə yadda qalan "Zirə"ni qəbul edib.

3:1 hesablı qələbə qazanan "Qarabağ" çempionluğa bir addım da yaxınlaşıb. Qurban Qurbanovun kollektivi ən yaxın izləyicisi "Sumqayıt"ı 24 xal qabaqlayır.

Turun əvvəlki oyunlarında "Sumqayıt" "Səbail"i səfərdə (1:0), "Sabah" "Qəbələ"ni (2:1), "Turan Tovuz" "Araz-Naxçıvan"ı (2:0) evdə məğlub edib, "Kəpəz"lə "Neftçi" qollu bərabərə (3:3) qalıblar.

Qeyd edək ki, Premyer Liqada XXVII turun matçları 15-17 mart aralığında keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026