• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Qarabağ” dünya reytinqinin ilk “50-liy”ində

İDMAN

09 Aprel 2024 | 09:47

“Qarabağ” dünya reytinqinin ilk “50-liy”ində

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, siyahıda 507 klub qərar tutub.

Azərbaycanın 3 komandası cədvələ düşüb. Ən yüksək göstəriciyə “Qarabağ” nail olub. 13 pilləlik irəliləyişə nail olan Ağdam təmsilçisi ilk “50-liy”ə girib. Qurban Qurbanovun yetirmələri 176,75 xalla dünyanın 48-ci komandasıdı.

“Neftçi” 1, “Sabah” 4 pillə irəliləyib. “Neftçi” 62 xalla 377-ci, “Sabah” isə 58,75 xalla 413-cü yerdədi.

Qeyd edək ki, cədvələ “Mançester Siti” (401) başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026