• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

ABF-nin yeni prezidenti müəyyənləşdi

İDMAN

12 Yanvar 2024 | 12:19

ABF-nin yeni prezidenti müəyyənləşdi

Azərbaycan Bilyard Federasiyasının (ABF) yeni prezidenti müəyyənləşib.

Bakıvaxtı.az-ın ABF-nin mətbuat xidmətinə istinadən məlumatına görə, bu posta Seymur Məmmədov təyin olunub.

Qurumun yeni rəhbəri bu gün vəzifəsinin icrasına başlayıb. O, göstərilən etimada görə minnətdarlığını bildirib: “Azərbaycanda bilyardın yeni səviyyəyə yüksəldilməsi əzmindəyəm. Bilyard təkcə idman deyil, həm də həyat tərzidir. Bu idmanı hər bir azərbaycanlı üçün əlçatan etməyə çalışıram. İstedadların inkişafı üçün şərait yaradacaq, onları dəstəkləyəcək, idmanın inkişafına təkan verəcək tədbirlər həyata keçirəcəyik”.

Seymur Məmmədov Azərbaycanın dünya bilyard ictimaiyyətində nüfuzunun yüksəldilməsi məqsədilə beynəlxalq əməkdaşlığı gücləndirmək və müxtəlif yarışlarda iştirak etmək niyyətində olduqlarını da sözlərinə əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026