• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Əliyar Ağayev “Mançester Siti”nin oyununu idarə edib

İDMAN

14 Dekabr 2023 | 00:15 | Müəllif: Subhan Mahmudov

Əliyar Ağayev “Mançester Siti”nin oyununu idarə edib

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununu idarə edib.

Bakıvaxtı.az xəbər verir ki, o, Serbiyada “Srvena Zvezda” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilən matçın baş hakimi olub.

36 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olub.

Ə.Ağayev "Mançester Siti"nin 3:2 hesablı qələbəsi ilə başa çatan matçda dörd futbolçuya sarı vərəqə göstərib. Azərbaycanlı referi meydan sahiblərindən Uroş Spayiç, Srcan Mixayloviç və Nasser Ciqanı, qonaqlardan isə Kelvin Filipsi cəzalandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR