Azərbaycanda aşağı yaş qruplarında çıxış edən iki komanda yarışlardan kənarlaşdırıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı AFFA İntizam Komitəsi qərar qəbul edib.
Məlumata görə, U-10 liqasında çıxış edən “Xətai” “Zirə” ilə görüşə təyin olunan vaxtda gəlməyib, U-11 liqasında təmsil olunan “Qoşqar”ın “Gəncəvi” ilə qarşılaşmada heyətində yetərsay olmayıb.
Qərarda göstərilir ki, hər iki komanda mövsüm ərzində 3-cü dəfə oyuna çıxmadıqlarından, bu cəzaya məruz qalıblar.
















