• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İngiltərəli futbolçu "Borussiya"ya qayıtdı

İDMAN

11 Yanvar 2024 | 17:38

İngiltərəli futbolçu "Borussiya"ya qayıtdı

Almaniyanın "Borussiya" (Dortmund) klubu sabiq futbolçusu Ceydon Sançonu yenidən heyətinə qatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı vinger İngiltərənin "Mançester Yunayted" klubundan icarəyə götürülüb. Onun sözləşməsinin müddəti iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, ingiltərəli oyunçu "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqla münaqişədən sonra əsas komandadan kənarlaşdırılmışdı. 2021-ci ildən "Mançester Yunayted"də çıxış edən futbolçunun müqaviləsinin müddəti 2026-cı ildə başa çatmalıdır. O, 2017-2021-ci illərdə "Borussiya"nın formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026