• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Neftçi" yarımfinalda "Qarabağ"a rəqib oldu

İDMAN

09 Fevral 2024 | 21:32 | Müəllif: Subhan Mahmudov

"Neftçi" yarımfinalda "Qarabağ"a rəqib oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, sonuncu cavab matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib.

"Neftçi Arena"dakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.

Meydan sahiblərində 26-cı dəqiqədə Filip Ozobiç fərqlənib. "Gənclik şəhəri" təmsilçisində Roi Kehat 40-cı dəqiqədə tarazlığı bərpa edib.

Sumqayıtdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyən "Neftçi" yarımfinala yüksəlib. Komanda bu raundda "Qarabağ"la üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026