• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Azərbaycan boksçuları Dünya Kubokunda finala yüksəldi

İDMAN

10 Mart 2024 | 12:01 | Müəllif: Subhan Mahmudov

Azərbaycan boksçuları Dünya Kubokunda finala yüksəldi

Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” turnirində finala yüksəliblər.

Bakıvaxtı.az xəbər verir ki, komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kiloqram) yarımfinalda kubalı Manuel Sober Ruisə qalib gəlib. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. B.Nəzərov qızıl medal uğrunda görüşdə Hindistan idmançısı Tamta Briyeş ilə qarşılaşacaq.

Zidan Hümbətov (51 kiloqram) isə hindistanlı Juji Rubandan güclü olub. Rəqibindən güclü olan boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, finalda rusiyalı Arseni Jiltsov ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026