• Bakı 17° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Boksçumuz Avropa birinciliyində 1/4 finala vəsiqə qazandı

İDMAN

08 Aprel 2024 | 17:41

Boksçumuz Avropa birinciliyində 1/4 finala vəsiqə qazandı

Azərbaycan boksçusu Zidan Hümbətov Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan yığma üzvü Cemi Kollinsdən (İrlandiya) güclü olub.

O, ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibi diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib.

Boksçu növbəti döyüşünü aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək.

Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Artur Vayslaya (Latviya) uduzub.

Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026